Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Xarkov şəhərində Xocalı soyqrımının 28-ci ildönü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimində Xarkov Vilayət Admnistrasiyasinın rəsmi nümayəndələri, nüfuzlu ali təhsil ocaqlarının rektorları,elm və mədəniyyət xadimləri, diaspora və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.
Ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdiyi soyqrım siyasətini tarixi faktlarla mərasim iştirakçilarının diqqətinə çatdıran Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov,28 il bundan öncə erməni silahli birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız soyqrım siyasətindən bəhs edib.Fəxri konsul bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində Azərbaycanlılara qarşı soyqrım aktı həyata keçirib.Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.
Dünya birliyinin və beynəlxalq təşkilatların idiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirən Əfqan Salmanov, son illər Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kompaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. Sonra tədbirə qatılanlar Heydər Əliyev fondu tərəfindən hazırlanmış və Xarkovdakı fəxri konsulluğumuz tərəfindən Ukrayna dilinə tərcümə olunmuş Qarabağ həqiqətləri filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərlə tanış olublar.
Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlik faşizm nümunəsi adlandıran Xarkov Dövlət Dəmiryolu Nəqliyyatı Universitetinin rektoru, texniki elmlər doktoru Sergey Pançenko,Albaniyanın Xarkov şəhərindəki fəxri konsulu Şahin Ömərov,Azərbaycan Ukrayana Doctluq Cəmiyyətinin sədri Murad Ömərov, Aynur Xatın cəmiyyətinin sədri Kifayət Cəfərov və digər şəxslər belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.
Tədbirdə dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyən natiqlər, Xocalını yerlə yeksan edən erməni canilərinin ən ağır cəzaya məhkum olmalarının zəruriliyini bildiriblər.
Check Also
İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb
“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …