Xarkov şəhərində Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov və Ukraynanın Mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko arasında görüşü keçirilib.
Boyukmillet.com xəbər verir ki, görüş Axtırka şəhərinin atəşə tutulmasından zərər çəkmiş Diyarşünaslıq Muzeyinin binasının qarşısında baş tutub. Muzeyin ekspozisiyasında Sovet İttifaqı Qəhrəmanı Müseyib Bağırovun şəxsi əşyaları təqdim olunur. O, Axtırkanı 1943-cü ildə faşist işğalçılarından azad edilməsində qəhramanlıq nümayiş etdirib.
Əfqan Salmanovun qeyd etdiyi kimi, Azərbaycan xalqı üçün öz qəhrəmanlarının xatirəsini qorumaq çox vacibdir. Buna görə də fəxri konsulluq muzeyin bərpasında mütləq kömək edəcəkdir.
Görüşdə bərpa işlərinin mərhələləri müzakirə olunub, onlardan birincisi layihə-smeta sənədlərinin hazırlanması olacaq.
Ukraynanın Mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko Ukraynaya verdiyi dəstəyə və Ukrayna mədəniyyətinin qorunmasında göstərdiyi köməyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.
“Azərbaycan xalqını və ukraynalıları qədim dostluq münasibətləri bağlayır. Bu gün Ukraynada Azərbaycana aid güşə dağıldığı zaman biz kənarda qala bilmərik. Biz qəhrəman Axtırka şəhərində Muzeyin yenidən qurulmasına kömək edəcəyik”, – deyə fəxri konsul bildirib.