Bazar , 11 Yanvar 2026
Drone Cameras

XİN: “Azərbaycanın fəaliyyəti daxili qanunlara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”

“Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və kütləvi etnik təmizləmə nəticəsində yaranan azadlıq müharibəsi idi.

“28 il ərzində Ermənistan danışıqlardan imtina etdi, bütün sülh təkliflərini rədd etdi, hətta “Qarabağ Ermənistandır” iddiası ilə çıxış etdi və Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələdi”, – XİN sözçüsü əlavə edib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …