Bazar , 13 Aprel 2025
Drone Cameras

Xızı polisi silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar edib

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb. Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.

Check Also

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına …