Boyukmillet.com- un məlumatına görə Xızı rayonunun icra başçısı Xəzər Aslanov bu gün təcili olaraq Bakıya çağırılıb.
Aslanovun təcili çağırılmasının səbəbi tam məlum olmasa da, bunu onun qohumu ilə əlaqədar ola biləcəyi güman edilir. Belə ki, Xızının icra başçısı dünən DTX-nın keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı deyilən Neftçalanın icra başçısı İsmayıl Vəliyevin qaynıdır. Mənbə hesab edir ki, dünənki olaydan sonra Xəzər Aslanovun təcili Bakıya çağırılması yalnız bununla əlaqədar ola bilər.
Xəzər Aslanovun Bakıya çağırılması onun işdən çıxarılması ilə əlaqədardır. Çünki onun həmin vəzifəyə gətirilməsində əsas elə İsmayıl Vəliyevin rolu olub. Ona görə də, kürəkəni saxlayıb, qayını iş başında qalmasına icazə verilməycək.
Məsələ ilə bağlı Xızı İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.
Check Also
Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
