Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Xocalı qətliamı ABŞ-ın Yuta Universitetində müzakirə olunub

ABŞ-ın Solt Leyk Siti şəhərində yerləşən Yuta Universitetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Elin Süleymanovun Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş onlayn mühazirəsi baş tutub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən  verilən məlumata görə, Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan mühazirədə səfir Süleymanov “Human Rights Watch” təşkilatının da qeyd etdiyi kimi, Xocalıda azərbaycanlılara qarşı ən böyük qətliamın həyata keçirildiyini bildirib, qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla, yüzlərlə günahsız insanın Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirildiyini diqqətə çatdırıb.

Münaqişənin tarixi barədə ətraflı məlumat verən səfir 30 ilə yaxın müddətdə ölkəmizin ərazisinin 20 faizə yaxın hissəsinin Ermənistanın işğalı altında qalması, 1 milyona yaxın insanın öz evlərindən məcburi köçkün vəziyyətinə düşməsi, 100 minlərlə uşağın təhsil də daxil olmaqla, hüquqlarından məhrum olmasını qeyd edib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın öz təcavüzkar əməllərindən əl çəkməməsinə diqqət yetirib.

Səfir Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinin tam hüquqlu Azərbaycan vətəndaşları olduğunu və onların sülh şəraitində yaşaması üçün respublikamız tərəfinin təminat veridiyini qeyd edib.

Daha sonra səfir tələbələrin ölkəmizin ABŞ-la münasibətləri, regionda əhəmiyyəti, enerji və infrastruktur layihələrində rolu və digər maraq kəsb edən məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …