Bazar , 4 Oktyabr 2026
Drone Cameras

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanıldı

Türkiyənin İstanbul şəhərində PKK əleyhinə antiterror əməliyyatı keçirilib.

Bu barədə Boyukmillet.com  Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, polisin keçirdiyi xüsusi əməliyyata havadan da helikopter vasitəsilə dəstək verilib. Əməliyyat zamanı 14 ünvanda axtarışlar aparılıb.

Esenyurt və Küçükçekmece rayonlarında saxlanılan 1 şübhəli şəxsin evində müxtəlif sənədlər müsadirə olunub.

DHA-nın məlumatına görə, iki rayonda keçirilən əməliyyat zamanı ümumilikdə 11 nəfər şübhəli şəxs kimi saxlanılıb.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …