Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Meksika və Peru paytaxtlarında “Xocalıya ədalət” çağırışı

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 24 fevral tarixindən başlayaraq Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları işıqlandırılır.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən  verilən məlumata görə, lövhələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, “Azərbaycana qarşı cinayət”, “Xocalıya ədalət” şüarları və “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsi əks olunub.

Bu şəhərlərin sakinləri bir həftə ərzində lövhədə yer almış QR kod vasitəsilə “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırım haqda ətraflı məlumat əldə edə biləcəklər.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …