Cümə , 5 Dekabr 2025
Drone Cameras

Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirildi

Boyukmillet.com məlumatına görə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, kitab, foto və rəsm sərgiləri ilə tanış olub, onlara faciəyə həsr olunan ədəbi-bədii kompozisiyalar, bədii və sənədli filmlər nümayiş etdirilib, eləcə də səyyar təşviqat qruplarının cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil edilib.

Check Also

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib. Boyukmillet.com lent.az-a istinadən xəbər verir ki, şəhərdə …