Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Xocavənd, Ağdərə, Xankəndi və Qubadlıda avtomat meteoroloji stansiyalar quraşdırılacaq

Xocavənd, Ağdərə, Xankəndi və Qubadlı rayonlarının ərazisində avtomat meteoroloji stansiyalar quraşdırılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, avtomat hidroloji stansiyaların Qarqarçayın Xankəndi şəhərindən, Xaçınçayın Ağdərə rayonu, Zabuxçayın Laçın rayonundan keçən hissəsində, Tərtərçayda isə Suqovuşan və Sərsəng su anbarlarının girişində quraşdırılması nəzərdə tutulub.

Check Also

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanan limanlar açıqlanıb

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal …