Bazar , 15 Noyabr 2026
Drone Cameras

Xocavənddə erməni təxribatının qarşısı alındı

Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Sitat.info xəbər verir ki, “Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub”, – məlumatda qeyd olunub.

Check Also

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – Rəsmi

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət …