Bazar , 28 Aprel 2024
Drone Cameras

Xuraman Vəfa yığdığı vəsaitlə özünə plastik əməliyyat da etdirib

Xuraman Vəfa-Çakır Mehmet Şerif cütlüyündən şikayətlər azalmır. Çünki bu ər-arvad səhvlərini düzəltmək əvəzinə dolayı yollarla mənimlə əlaqə yaratmaq istəyirdi. Buna ehtiyac olmayıb, indi də yoxdur.

Hörmətli şair-publisistimiz Xuraman xanım Vəfa və həyat yoldaşı Çakır bəy, hər bir kəs qanunla icazəsi olan işlə məşğul ola bilər. Amma qanunu pozmamaq şərtilə. Biz media nümayəndələriyik. Vətəndaşlar sizin tərəfinizdən aldadıldıqlarını iddia edərək bizə üz tuturlar. Biz də bunu ictimailəşdiririk və həmişə də qarşı tərəfin mövqeyini əks etdirməyə hazırıq. Şikayətçilər bildirirlər ki, plastik qablar istehsal etmək adı ilə onlardan müxtəlif məbləğlərdə pullar alıb mənimsəmisiniz.

Ortada isə heç nə yoxdur, heç bir irəliləyiş də yoxdur. Alınan pullar geri qaytarılmır. Heç buna cəhd də olunmur. Bu nə vaxta kimi davam edəcək? Sizdən bu sualın cavabını istəyirik. Hələ deyilənə görə vədinə vəfasız Xuraman Vəfa yığdığı vəsaitlə özünə plastik əməliyyat da etdirib.

Yəni, plastik məhsul düzəltmək əvəzinə öz plastikasına əl gəzdirtdirib…Sonda hüquq-mühafizə orqanlarını məsələni nəzarətə götürməyi xahiş edirik. Qanunu pozana qanunun gücünü göstərmək pis olmazdı.

Sima Babayeva

Check Also

“Bəzi hərbçilərin adlarının sanksiya siyahısına salınmasını ədalətli saymıram”

ABŞ Dövlət Departamenti aprelin 22-də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını …