Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun rəhbər heyəti ilə dinləyiciləri Heydər Əliyev adına Hərbi İnstitutu, eləcə də Cəmşid Naxçıvanski adına hərbi liseyi ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ziyarətçilər hərbi təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin abidəsi və büstü önünə gül dəstələri qoyublar.
Qonaqlara müəssisələrin yaranma tarixi, həmçinin ümumi fəaliyyətinə dair geniş brifinqlər təqdim edilib.
Sonra akademik kursun rəhbər heyəti ilə dinləyicilər tədris ocaqlarının ərazisi, muzeylər və sinif otaqları ilə tanış olublar.
Sonda xatirə fotosu çəkdirilib.