Şənbə , 14 Mart 2026
Drone Cameras

Yəməndə hökumət üzvlərini daşıyan təyyarə aeroporta enəndə partlayış törədilib

Bu gün Yəmənin paytaxtı Ədən şəhərinin beynəlxalq hava limanında güclü partlayış və atışma baş verib.

Boyukmillet.com “Al Arabiya”ya istinadən xəbər verir ki, yeni hökumət üzvlərini daşıyan təyyarə endikdən sonra aeroport minaatandan atəşə tutulub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

“Reuters” isə xəbər verir ki, ölkənin baş naziri Müin Əbdülməlik Səid və nazirlər hava limanından hökumət iqamətgahına aparılıblar. Hökumət üzvləri hadisə zamanı xəsarət almayıb.

Check Also

SEPAH-dan BƏƏ-yə XƏBƏRDARLIQ

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şəhərlərindəki raket buraxılış yerlərini vurmağı qanuni hesab edir. Bu barədə …