Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.
Boyukmillet.com-un məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.16:31
Sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti artacaq.
Boyukmillet.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, mayın 16-sı və 17-də qısa müddətdə havanın yenidən dəyişməsi proqnozlaşdırılır:
“Müvafiq təşkilatlara xəbərdarlıq edilib. Bəzi yerlərdə yağıntılar intensiv olacaq. Bakıda və Abşeron yarımadasında yağış yağması gözlənilir.
Növbəti qeyri-sabit və küləkli dövr mayın 20-si və 21-nə təsadüf edəcək. Yaxın günlərdə bununla bağlı ətraflı məlumatlar ictimaiyyətə təqdim olunacaq”.