Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Yamayka Fələstini dövlət olaraq tanıyıb

Yamaykanın Xarici İşlər və Xarici Ticarət Nazirliyi Fələstin dövlətini tanıdığını bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit açıqlama yayıb.

Onun sözlərinə görə, Yamayka Nazirlər Kabineti toplantıdan sonra Fələstini rəsmən dövlət olaraq tanımağa dair qərar qəbul edib.

Conson Smit deyib ki, ölkəsi uzun müddətdir davam edən İsrail və Fələstin münaqişənin həlli üçün yeganə əlverişli variant kimi iki dövlət prinsipinin reallaşmasını həll yolu olaraq görür və onu müdafiə edir.

Check Also

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib

Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər …