Şənbə , 23 Noyabr 2024
Drone Cameras

YAP-da könüllülərin toplantısı keçirilib

Yeni Azərbaycan Partiyasında (YAP) YAP könüllülərinin toplantısı keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları, komitə üzvləri, partiyanın rayon təşkilatlarının gənclər birliyinin sədrləri və gənc könüllülər iştirak ediblər.

Tədbirdə çıxış gənclər birliyinin sədrləri Azərbaycanda könüllülərin ictimai-siyasi həyatda rolundan danışıb.

Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti uğurlu nəticələr verməkdədir.

Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.

Bildirilib ki, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.

Tədbirin sonunda bir neçə nominasiya üzrə YAP-ın üzvü olan könüllülər diplomla təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ilin dekabrın 30-da imzaladığı sərəncamla 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …