Şənbə , 14 Mart 2026
Drone Cameras

YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Yeni Azərbaycan Partiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

Boyukmillet.com xəbər verir ki, partiya nümayəndələri dahi şəxsiyyətin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Check Also

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib. Bu …