Bazar ertəsi , 16 Mart 2026
Drone Cameras

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti olub. 

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, tenderin qalibi “Az.Arxitektura” MMC olub. Qalib şirkətlə 3 milyon 16 min 99 manat məbləğində müqavilə imzalanıb.

Məlumatlara əsasən, şirkət 23 oktyabr 2019-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 5 min 10 manatdır. Şirkətin qanuni təmsilçisi Yunis Şükürlü Sahib oğludur.

Açıq mənbələrdə yer alan məlumatlara görə, MMC son beş ildə dövlət qurumları tərəfindən keçirilən tenderlərdə ümumilikdə təxminən 10 milyon manata yaxın məbləğdə qalib elan olunub.

Meydan TV-nin daha əvvəl apardığı araşdırmada şirkətin sahibinin özünü mühəndis-dizayner kimi təqdim edən 22 yaşlı Yunis Şükürlü olduğunu müəyyən etmişdi. 

O, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Yunis oğlu Şükürovun oğludur.

Tenderin qalibi olan şirkətin qısa müddətdə milyonlarla manatlıq dövlət sifarişləri qazanması ictimaiyyətdə suallar doğursa da, nə rəsmi qurumlardan, nə də adı çəkilən şəxslərdən mövqe almaq mümkün olmayıb.

Check Also

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali …