Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Yaponiya Çinə etiraz notası verib

Yaponiya hökuməti Çinə etiraz notası göndərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi keçirdiyi mətbuat konfransında məlumat verib.

Buna səbəb rəsmi Tokionun Çini Amami adaları yaxınlığındakı müstəsna iqtisadi zonada qanunsuz tədqiqat fəaliyyəti aparmaqda ittiham etməsidir.

“Diplomatik kanallar vasitəsilə Çin hökumətinə qanunsuz tədqiqat fəaliyyətinin dərhal dayandırılması tələbi ilə qəti etiraz bildirilib”, – deyə o qeyd edib.

Hayaşinin sözlərinə görə, sentyabrın 28-də və 30-da Amami adaları bölgəsində Yaponiya sahil mühafizəsi boruya bənzər bir cismi suya endirən Çin okeanoqrafiya gəmisini aşkar edib. Yaponiya patrul gəmiləri səsucaldanlar vasitəsilə Çin gəmisindən zonanı tərk etməsini tələb edib.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …