Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

Yaponiyada G7-nin XİN başçılarının görüşü keçiriləcək

Bu gün Yaponiyanın Kariuzava şəhərində ölkənin sədrliyi ilə G7-yə üzv dövlətlərin xarici işlər nazirlərinin 2023-cü ildə ilk görüşü keçiriləcək.

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasinin sözlərinə görə, üç gün davam edəcək tədbir G7 ölkələrində birlik nümayiş etdirmək, onun nümayəndələrinə dostluq və etimad münasibətlərinin möhkəmləndirilməsinə kömək üçün nəzərdə tutulub.

Danışıqların əsas mövzularından biri Ukrayna ətrafında vəziyyət olacaq. Hayasi, görüş ərəfəsində vurğulayıb ki, G7 Rusiya Federasiyasının hərəkətlərini kəskin tənqid edərək növbəti dəfə “Ukraynaya sarsılmaz dəstəyini nümayiş etdirmək niyyətindədir”. Onun sözlərinə görə, G7, həmçinin nüvə silahından istifadənin və təhdidlərin yolverilməzliyini vurğulamaq niyyətindədir.

Check Also

Zelenski Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ arasında yeni danışıqların keçiriləcəyini açıqlayıb

Görüş aprelin 23-də Londonda baş tutacaq Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna, Böyük Britaniya, …