Bazar , 11 Yanvar 2026
Drone Cameras

Yaponiyanda güclü qar səbəbindən yüzlərlə qatar səfərləri və aviareys təxirə salınıb

Yaponiyanın şimalında davam edən güclü qar qatar səfərləri və avisreyslərin kütləvi şəkildə təxirə salınmasına səbəb olub.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Ölkədə ən azı 597 ekspress uçuş da daxil olmaqla 1 000-dən çox müxtəlif qatar səfəri ümumilikdə ləğv edilib. Güclü qar nəticəsində aviaşirkətlər Yaponiya daxilində 132-yə yaxın aviareysi təxirə salıb.

Sinoptiklər xəbərdarlıq edir ki, 40 m/s-dək güclü küləklə müşayiət olunan qar yağışı daha bir neçə gün davam edəcək. Bəzi ərazilərdə gündəlik qarın hündürlüyü 80 sm-ə çatacaq.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …