Məlumdur ki, 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdir.
1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordusunun ləğv edilməsi, yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuş və bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlar və Müzəffər Ali Baş Komandan , Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edilməsi güclü ordumuzun varlığının bariz nümunəsidir.
Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin igidliyi, qəhrəmanlığı, rəşadəti və Vətən müharibəsində qazanılmış böyük tarixi Qələbə Azərbaycan Ordusunun hansı gücə malik olduğunu dünyaya göstərdi.
Yaşasın, Müstəqil Azərbaycan Ordusu!!🇦🇿
Yasəmən Möhübnətqızı
Baş redaktor, AJB- nin üzvü,
Beynəlxalq Sülh Səfiri.
İSBAM sədrinin müşaviri.