Bazar , 19 May 2024
Drone Cameras

Yasəmən Möhübbətqızı”Milli Qurtuluş Günündən başlayan yüksəlişin zirvəsi-TARİXİ ZƏFƏRİMİZDİR!”

15 iyun Milli Qurtuluş Günü tarixi qayıdışımızdır. Tarixi qayıdış xalqın gücünün və əzəmətinin dirçəlişi deməkdir.
Dahi şəxsiyyət Heydər Əliyevin tarixi qayıdışı milli dövlətçilik ideyalarının gerçəkləşməsinə nail oldu. Bu bir həqiqətdir ki, məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycan əbədi müstəqilliyə, tərəqqiyə qədəm qoyaraq, milli dövlətçiliyimizin banisi kimi Azərbaycan xalqının Ümummilli Lideri oldu.
Ölkə daxilindəki gərgin vəziyyət, hakimiyyətə qarşı itaətsizlik müstəqilliyi uçuruma aparırdı. Bütün ümidləri üzülən xalqın səsinə səs verən müdrik insan, böyük siyasətçi Heydər Əliyev oldu.
Ən çətin zamanda dövlətçiliyimizi məhv olmaqdan qorumaqla, ictimai- siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməklə, bu günümüzə müstəqil Azərbaycan dövlətini bəxş etmiş oldu.
Azərbaycan sanki ikinci dəfə müstəqil bir ölkə oldu. Həmin vaxtdan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı 15 İyun Milli Qurtuluş Günü qeyd edilərək , 1998 -ci ildən rəsmi olaraq bayram edilir.

Keçən dövr ərzində Azərbaycan tək Qafqazda deyil, dünya ölkələri arasında güclü dövlətə çevrilmişdir. Bu Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti,dönməzliyi sayəsində ” DƏMİR YUMRUQ” əməliyyatı ilə öz yerini tapdı. Azərbaycan torpaqları işğaldan azad edildi . Ölkəmizdə Qurtuluş Günü artıq qələbə ruhlu keçirilir.
Qurtuluşdan başlanan 30 illik yol Zəfər salnaməsi ilə davam etdi. 2020- ci il tarixə Zəfər ili kimi yazıldı. Şuşada bayram tonqalı qalandı. Qarabağda quruculuq işləri başlandı.Bayrağımız əzəmətlə dalğalanır.
Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcəkdir. Ulu Öndərin arzuları reallaşdı. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Tarixi zəfərimizlə hər birimiz qürur duyuruq ki, qalib ölkənin vətəndaşlarıyıq.
Yaşasın Müstəqil Azərbaycan!!

Yasəmən Möhübbətqızı

Baş redaktor, AJB- nin üzvü.
Beynəlxalq Sülh Səfiri.
İSBAM sədrinin müşaviri.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …