Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski, Səfərovlar və digər azərbaycanlıların həbs müddətini 2026-cı ilin ilin mayın 31-dək uzadıb.
Onlar həmin müddətədək istintaq təcridxanasında saxlanılacaqlar. Şahin Şıxlinski və digər azərbaycanlıların cinayət işi üzrə andlılar məhkəməsinin üzvlərinin seçilməsi ilə bağlı məhkəmə iclası isə 2026-cı il yanvarın 15-də keçiriləcək.
Bu il iyunun 27-də Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib və 13 nəfər saxlanılıb. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatlarını itirib.
Saxlanılanlardan bir neçəsi dindirilmədən sonra sərbəst buraxılsa da, Əhliman Gənciyev, Əziz Abbasov, Şahin Lalayev, Akif Səfərov barəsində həbs qətimkan tədbiri seçilib.
Onlar müxtəlif illərdə törədilmiş üç qətl hadisəsində ittiham olunurlar.
Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski isə bu hadisədən bir neçə gün sonra, iyulun 1-də Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Avqustun 24-də isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Onun oğlu Mutvalı Şıxlinski də onunla eyni gündə saxlanılıb və barəsində dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
