Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Yeniyetmələrimiz 20-ci Beynəlxalq Elm Olimpiadasında 4 medal qazanıblar

Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar.

Belə ki, Bakı şəhəri “Kaspi” liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Rəsul Ağakişiyev gümüş medal, Bakı şəhəri Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Dilarə Yaqublu isə bürünc medal əldə ediblər.

Check Also

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokol imzalanıb

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq protokolu imzalanıb. “Report”un Xankəndinə ezam olunan əməkdaşı xəbər …