Bazar , 15 Noyabr 2026
Drone Cameras

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

Yeri 2025-ci ilin əvvəlindən bəri ən güclü maqnit qasırğası bürüyüb.

Boyukmillet.com “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutundan bildirilib.

Hadisədən əvvəl Günəşdə böyük bir partlayış baş verib. Mart ayının 23-ü axşama doğru güclü geomaqnit aktivlik gözlənilir. Alimlər qeyd ediblər ki, Yer sahəsindəki dalğalanmalar pis əhvala səbəb ola bilər.

Maqnit qasırğası bazar ertəsi günorta saatlarına sarı səngiyəcək.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …