Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Yevlaxda avtoxuliqanlıq edən şəxs həbs edilib

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

Boyukmillet.com xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə “Opel” markalı avtomobilin sürücüsü C.Həsənov saxlanılaraq şöbəyə gətirilib.

Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Check Also

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 …