Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Yevlaxda qonşusunu öldürən şəxsin məhkəməsi başlayır

Yevlax rayonunda qətl törədən şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Bu barədə “Report”a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2020-ci il fevralın 21-də rayonun Qaraoğlan kənd sakini Xəyal Səfərovun üzərində odlu silah yarası xəsarəti olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Qorxmaz Həsənəliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xəyal Səfərova iki dəfə ov tüfəngi ilə atəş açmaqla onu qəsdən öldürüb.

Qorxmaz Həsənəliyev Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Check Also

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib

Xocalı rayonunda kütləvi məzarlıqda aşkar edilmiş 18 insan qalığından daha birinin şəxsiyyəti məlum olub. Boyukmillet.com …