Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

AZAL-da qadın pilotlar işə başladı – VİDEO

“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) ilk qadın pilotlar işə başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı videorolikdə bildirilir.

“Bu videoda AZAL-ın pilotu olmağı hədəfləyən cəsarətli və ürəkli xanımların hekayəsinin yalnız kiçik bir hissəsini göstərdik. Bu xanımlar uzun və çətin bir yol keçdilər: bu peşənin əsaslarını Milli Aviasiya Akademiyasında öyrəndilər, bütün imtahanları əla qiymətlərlə verdilər və yekun praktik sınaqlardan uğurla keçdilər. Bu gün bu gözəl qadınlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır”, – deyə məlumatda qeyd edilib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda ən təhlükəli vəziyyətdə olan binaların sayı açıqlanıb

Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina var. Boyukmillet.com …