İllərdir itmiş suriyalı siyasi fəal Mazen Hamadın cəsədi Seydnaya həbsxanasında tapılıb.
Boyukmillet.com xəbər veirr ki, bu barədə sosial şəbəkələrdə yayılıb.
Məlumata əsasən onun cəsədi zorlanmış və boğulmuş halda tapılıb.
Həmada 2011-ci ildə iştirak etdiyi nümayişlərdən sonra azadlıqdan məhrum edilib.
Həbsxana həyatında xeyli işgəncələrə məruz qalan siyasi fəal dəfələrlə elektrik cərəyanı alıb, döyülüb və zorlanma halları yaşayıb.
Aldığı işgəncələrə görə ata olma hüququndan məhrum olunub.
Bildirilir ki, o həbs olunan zaman doğma xalası oğlanları onun gözü qarşısında öldürülüb.
Amerikalı jurnalistə verdiyi müsahibəsində həbsxana dəhşətlərindən, qolları bağlı vəziyyətdə onunla 7 dəfə onunla cinsi əlaqədə olduğunu da qeyd edib. O, bu buna görə də 4 dəqiqə ağlayıb.
Bir müddət sonra fəal sərbəst buraxılaraq Hollandiyaya gedib və oradan siyasi sığınacaq istəyib.
Azadlığa çıxdıqdan sonra bir sıra psixoloji problemlər yaşayan Hamada rahat gəzmək qabiliyyətini də itirib.
Uzun zamandan sonra hökümətə rəsmi imzasıyla söz verib azadlığa çıxan Hamada Hollandiya yollanır və orada siyasi sığınacaq alır.
Bundan sonra Suriyada baş verən hadisələri, xüsüsən də həbsxana həyatında baş verən işgəncələri, qətilləri bütün dünyaya çatdırır.
Ölkəsinin acınacaqlı vəziyyətindən narahat olan siyasi fəal yenidən doğma ölkəsinə qayıtmağı qərara alır.
23 Fervral 2020-ci ildə Suriya geri döndüyündə Hava Limanında kəşfiyyat xidmətləri tərəfindən qaçırılır. O vaxtdan bəri onun haqqında heç bir məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, müxaliflər Dəməşqə daxil olarkən, hüquq müdafiəçilərinin məhbuslara qarşı işgəncələrinə görə insan qırğın yeri adlandırdıqları Seydnaya həbsxanasının məhbuslarını azad ediblər.
Şəbnəm Rəhimova