Cümə axşamı , 2 May 2024
Drone Cameras

Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Kosta-Rika komandaları “Quanakasteka” ilə “Liberiya” arasında keçirilən yubiley oyununda futbolçular arasında kütləvi dava düşüb.

Boyukmillet.com xəbər verir ki, birincilərin 50 illiyinə həsr olunan qarşılaşmanın birinci hissəsində oyunçular əlbəyaxa olublar.

Hadisə “Liberiya” 2:1 hesabı ilə öndə olarkən 26-cı dəqiqədə baş verib. Kiçik mübahisə tezliklə dava-dalaşla əvəzlənib və hər iki komandanın oyunçuları futbol deyil, boks və karate hərəkətlərindən istifadə edərək, bir-birlərini vurublar.

Sonda tərəflər yubileyin korlanmaması üçün görüşün 3:3 hesabı ilə başa çatmasına razılaşıblar.

Check Also

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin “Konyaspor” futbol komandası baş məşqçisi Fahrudin Omeroviç ilə yollarını ayırıb. Boyukmillet.com xəbər verir ki, …