Bazar , 23 Fevral 2025
Drone Cameras

Yunanıstanın Baş naziri: “Ərdoğanla görüşə hazıram”

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazır olduğunu bəyan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti yazıb.

O qeyd edib ki, Praqa belə bir görüş üçün potensial yer ola bilər.

Mitsotakis Türkiyə ilə təkcə keçmişə deyil, həm də gələcəyə baxacaq dostluq münasibətləri qurmaq istədiyini bildirib.

Bundan əvvəl Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala əyaləti yaxınlığında beynəlxalq sularda Komor adaları bayrağı altında üzən yük gəmisinə xəbərdarlıq atəşi açıb. Gəminin göyərtəsində 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Check Also

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın “həqiqətən …