Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə MN: Ankara və Kiyev İstanbuldakı taxıl ixracı mərkəzinin işindən razıdırlar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov və bu ölkənin infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Danışıqlar zamanı humanitar yardım və taxıl tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb. Birgə Koordinasiya Mərkəzinin (İstanbulda) fəaliyyətindən məmnunluq ifadə olunub. Həmçinin Ukrayna xalqına göstərilən humanitar yardımın bundan sonra da davam etdiriləcəyi vurğulanıb”, – deyə məlumatda bildirilir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …