Yunanıstanın yeni baş naziri Kiriakos Miçotakis Türkiyə ilə bağlı verdiyi açıqlamalar diqqət çəkib.
boyukmillet.com xəbər verir ki, baş nazir Miçotakis, hökumət proqramının müzakirə ediləcəyi Baş Məclisində çıxış edib. O çıxışında birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.
“Cəsur addımlar atacağımız ortaq bir yanaşma üçün R.T.Ərdoğana çağırış edirəm” deyən baş nazir bu açıqlaması ilə diqqətləri çəkib.
Baş nazir daha sonra qəzəbli bir ritorikadan uzaqlaşaraq beynəlxalq hüquq və dostluq əməkdaşlığına doğru irəliləmək istədiklərini ifadə edib.
Miçotakis çıxışını bu cür davam etdirib: “Bu coğrafiyada birlikdə yaşayırıq. Gərəksiz gərginliklər və silahlanma yarışı iki ölkəni də dəyərli qaynaqlarından məhrum edir. Bunlar ölkələrimizin yararı üçün istifadə oluna bilər.
Qeyd edək ki, Kiriakos Miçotakis iyul ayının 7-də Yunanıstanda keçirilən parlament seçkilərində 39,85 faiz səslə qələbə qazanıb.
O baş nazir seçildikdən sonra xalqa müraciətində partiyasının nəinki öz tərəfdarlarının, həm də bütün yunanların maraqlarını təmin və müdafiə edəcəyinə, vergiləri azaldacağına, bürokratiyaya son qoyacağına, Yunanıstanı biznes üçün əlverişli ölkəyə çevirəcəyinə vəd verib