YUNUS ALIYEV: BU GÜN AZƏRBAYCANI DÜNYAYA TANIDAN HEYDƏR ƏLİYEV SİYASƏTİDİR.
Bu Gün Azərbaycan Respublikası Dünyanın Ən
İnkişaf Etmiş Ölkələri İlə Müqayisə
Olunmalıdır. “Birləşmiş Ukrayna
Azərbaycanlıları Konqresi” Nikalayev Vilayət
Təşkilatının sədri
Yunus Alıyev.
Diaspor info saytının Ukrayna bürosu, bu günlərdə yenidən Nikalayev şəhərində olublar. Nikalayev şəhərində olarkən, saytımızın əməkdaşları “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli ilə də, görüşüblər.
Əlmaniz Ələkbərli Nikalayev şəhərində Azərbaycan diasporunun fəaliyyətindən də, danışıb: Ukraynanın və dünyanın əsas dövlətlərində olan parlaq diaspor təşkilatlarımızdan biri və birincisi məhz Nikalayev şəhərindədir. “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” Nikalayev Vilayət Təşkilatının sədri Yunus Alıyevin xidmətləri heç bir ölçüyə sığmır. Bu insan vətənpərvərlik nümunəsidir. Onun Nikalayev vilayətində gördüyü işlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində etdiyi riskli addımlar sözün əsil mənasında təqdirəlayiqdir. Yunus Alıyev Azərbaycan xalqı, dövlət və dövlətçiliyi uğrunda öz var-dövlətindən keçən bir ziyalımızdır. Onun şəxsi vəsaiti hesabına “Böyük Vətən Müharibəsi” Şəhidləri və “416-cı Taqanrok Diviziyasının” xatirəsinə tikdirdiyi memarial abidə kompleksi yüz il bundan sonra da, Azərbaycan xalqının təbliğatına xidmət edəcəkdir. Kiyevdən Nikalayevə gedən magistral yolun hər iki tərəfində “Qarşıda Azərbaycanlılardan ibarət 416-cı Taqanrok Diviziyasının qəhrəman oğulları yatır” adlı böyük bir trafaret yazdıran Yunus Alıyev təkcə bununla kifayətlənməyib. Abidə kompleksində Bakı- Taqanrokdan Berlinə kimi yol xəritəsi cızılıb ki, bu yolda qəhrəmanlıq edənlər arasında Qırıcı təyyarə sürən Azərbaycan xanımlarından başlamış, Sovet ittifaqı qəhrəmanı Sovet Generalı Həzi Aslanova kimi yer alıb.
Bilirsinizmi mənə elə gəlir ki, Yunus Alıyevlə özünüz görüşüb söhbətləşsəniz daha yaxşı olar.
Mənim fikrimcə isə, Yunus Alıyev Ümummilli liderimiz Heydər Əliyevin ən aktiv təbliğatçısıdır.
Beləliklə də, saytımızın əməkdaşları “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” Nikalayev Vilayət Təşkilatının sədri Yunus Alıyevlə görüşüb söhbətləşiblər.
Yunus müəllim baxmayaraq ki, ömrünün çox vaxtını Ukraynada yaşayıb, ancaq vətəninə çox bağlı bir ağsaqqaldır. Azərbaycanı isə dünyanın ən inkişaf etmiş ölkəsi sayır:
Azərbaycana gedən zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çıxarkən artıq müasirlik, gözəlliyin şahidi olursan. Azərbaycan dünyanın ən gözəl və sakit ölkəsidir. Siz bir diqqətlə baxın, belə gözəl Aeroport dünyanın harasında var? Bu gün bizim inkişafımızı, Respublikada yaradılan sabitliyi həzm edə bilməyən iri dövlətlər və onların əl buyruğuna çevrilmiş sapı özümüzdən olan baltaların bir məqsədi vardır. Azərbaycana zərər vurmaq, inkişafına mane olmaq. Belələri hər yerdə vardır, yəni satqınları deyirəm. Lakin biz onların cavablarını qəti şəkildə verməliyik və imkan verməməliyik ki, onlar öz havadarları vasitəsilə Azərbaycana zərrə qədər də olsa ziyan gətirsinlər. Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətini elə yüksək səviyyədə qurub ki, bu dövlət dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilməlidir. Və bu gün biz bunun şahidiyik. Nə qədər gözləri götürməyənlər olsa belə Azərbaycanın sürətli inkişafını heç kim dana bilməz. Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu uğurlu siyasəti, cənab Prezident İlham Əliyev daha müasir formada davam etdirir. Asan xidmətin yaranması bu ölkədə korrupsiyaya yox demək, şəffaflığı təmin etmək idi. İlham Əliyev və Azərbaycan xalqının birliyi sarsılmaz tellərlə bağlıdır. Bu gün dünyanın hər bir yerində yaşayan Azərbaycanlıların Prezidenti olan İlham Əliyevin bir çağırışına dünyada yaşayan bütün Azərbaycanlılar bir anda yığışar.
Azərbaycanı dünyaya tanıdan Heydər Əliyev siyasətidir. Bunu danmaq olmaz. Bu gün Azərbaycan Respublikasının birinci vitse Prezidenti Mehriban Əliyeva xalqımızın milli musiqisini, Muğamımızı Azərbaycan adı ilə dünyaya tanıtdırır. Məhz Mehriban xanımın dəstəyi ilə milli muğamımızı və bir çox tarixi abidələrimizi bütün dünya, Azərbaycan sərvətləri kimi qəbul edib. Bütün bunları görmədən gəlmək, yalnız neqativ hallar axtarmaq bu yalnız xain adamların işidir.
Bu Gün Azərbaycan Respublikası Dünyanın Ən İnkişaf Etmiş Ölkələri İlə Müqayisə Olunmalıdır. (diaspor.info)