Bazar , 5 Aprel 2026
Drone Cameras

Yusuf Məmmədəliyev Gənclər Fondunun Müşahidə Şurasının sədri oldu – TAM SİYAHI

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram.

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Müşahidə Şurasının sədri Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Müşahidə Şurasının üzvləri Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini Səmədov Nazim Adil oğlu – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hüseynov Seymur Elşad oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seyidov Mirhəsən Mirheydər oğlu -“İrəli” İctimai Birliyinin sədri Hümbətov İlham Gürşad oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini. (İnterpress.az)

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir