Bazar , 15 Mart 2026
Drone Cameras

“Yuventus” 9 ildən sonra pley-offa yüksələ bilməyib

İtaliyanın “Yuventus” klubu 9 ildən sonra UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazana bilməyib.

Boyukmillet.com-un məlumatına görə, Massimiliano Alleqrinin baş məşqçi olduğu komanda qrup mərhələsinin V turunda Portuqaliyada “Benfika”ya 3:4 hesabı ilə uduzub.

Turin təmsilçisi son olaraq 2013/2014 mövsümündə uğursuzluqla üzləşib. “Yuventus” həmin vaxtdan sonra ardıcıl 8 mövsüm pley-offda iştirak edib.

Qeyd edək ki, H qrupunda 3 xalla 3-cü pillədə qərarlaşan “qoca sinyora” sonuncu turda Fransa PSJ-sini qəbul edəcək.

(Report)

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …