Cümə , 29 Mart 2024
Drone Cameras

Zəfər Qaziləri…

44 günlük Vətən Müharibəsi təkcə Azərbaycanın şanlı qələbəsi yox, həmdə milli qürurumuzun milli simvolu oldu.

Xalq, dövlət bir olub, tarixi ədaləti bərpa etdik. Bu müqəddəs  uğurda əlbəttə ki, ən böyük pay  sahibləri şəhidlərimiz oldu. Bu müqəddəs vətən torpağlarının azadlığı müharibəsində ordumuzun hər bir fərdi böyük şücayət və qəhrəmanlıq göstərərək, tarixə öz adlarını qızıl hərflərlə yazdılar. Hər kəndi, hər şəhəri, hər bir zirvəni azad edəndə qorxmaz bir şahin kimi düşmənin üzərinə atıldılar. Hələ bundan sonra uzun illər mənfur düşmən Azərbaycan əsgərinin qorxusunu sinələrində hiss edəcəklər. Şücayətləri ilə yaddaşlarımıza həkk olan qazilərimizdən biri İbrahim Cabbarov digəri isə Bəhruz Səfərovdur. Onlar Vətən Müharibəsinə könüllü olaraq gedib, qazi oldular. Onlar kimi yüzlərlə, minlərlə vətən övladı könüllü bu müqəddəs savaşa qoşularaq, qazi adını qazandılar. İbrahim Cabbarovun Bəhruz Səfərovun və digər könüllülərimizin, rəşadətli ordumuzun hər bir fərdinin fədakarlığı sayəsində  bu gün vətən torpaqları hürr və azaddır.

Tanrı qələbəmizi daim etsin!

Vətən şəhidlərimizin ruhu şad olsun!

Qarabağ Azərbaycandır.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …