Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Zəlzələ sakinləri küçədə gecələməyə vadar etdi – FOTO

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda gecə saatlarında iki zəlzələ baş verib.

“Haber Global”ın yaydığı məlumata görə, yerli vaxtla 02:32-də baş verən zəlzələ 4,5 bal gücündə olub.

Zəlzələnin episentrinin 6.97 kilometr dərinlikdə olduğu bildirilib.

Saat 03:03-də eyni ərazidə yenidən zəlzələ baş verib. Bu zaman 4,2 bal gücündə olan zəlzələnin episentri 7,03 kilometr dərinlikdə olub.

Bundan əvvəl Türkiyədə baş verən zəlzələnin qorxusunu hələ də yaşayan sakinlər gecəni küçədə keçiriblər.

Zəlzələ nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …