Bazar , 7 Dekabr 2025
Drone Cameras

Zabrat qəbiristanlığında qəbir daşları dağıdılıb, cinayət işi başlanılıb

Paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərəfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır.

Boyukmillet.com xəbər verir ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Tədbirlərin nəticəsi ilə bağlı məlumat veriləcək.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …