Cümə , 11 Aprel 2025
Drone Cameras

Zakir Həsənov Hulusi Akara başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir:

“Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pənçə Kilit” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Check Also

Qazaxıstan və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirəcək

Qazaxıstan və Azərbaycanın Hərbi Dəniz Qüvvələri Aktauda “Xəzər küləyi-2025” təlimləri keçirəcək. Boyukmillet.com Qazaxıstan KİV-inə istinadən xəbər …