Bazar , 8 Fevral 2026
Drone Cameras

Zakir Həsənov polkovnik-leytenantı işdən çıxarıb

“Azərbaycan Ordusu” qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub.

Hələlik “Azərbaycan Ordusu” qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı “Report”a təsdiqləyiblər.

Check Also

Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər – EKSKLÜZİV

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula …