Bazar , 11 Yanvar 2026
Drone Cameras

Zaqatalada 3-ü avtomat olmaqla 6 odlu silah götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 3-ü “Kalaşnikov” markalı avtomat, 1-i yivli “TOZ-8”, 2-si isə ov tüfəngi olmaqla ümumilikdə 6 odlu silah, eləcə də 1 ədəd süngü-bıçaq, 100-ə yaxın patron və 6 ədəd daraq götürülüb.

Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin silahlardan 2-sini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində zəruri əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …