Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Zaqatalada arvad ərini bıçaqlayıb

Zaqatalada arvad ərini bıçaqlayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qandax kəndində baş verib.

Kənd sakini 31 yaşlı Səməd Qurbanovla həyat yoldaşı Səma Qurbanova arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.

Mübahisə zamanı S. Qurbanova kəsici alətlə həyat S. Qurbanovun qoluna xəsarət yetirib. S. Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi ilkin yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Check Also

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb. Kurçaloi kənd sakini Samradi Muzayevin …