Bazar , 29 Mart 2026
Drone Cameras

Zaqatalada ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb

Zaqatala rayonunda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb.

Boyukmillet.com xəbər verir ki, rayonun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …