Bazar , 11 Yanvar 2026
Drone Cameras

Zaqatalada yüksək dağlıq ərazidə baş verən yanğın 10 hektar ərazini əhatə edir

Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri yanğınsöndürmə işlərini davam etdirir.

Boyukmillet.com xəbər verir ki, FHN-in 100 nəfər şəxsi heyəti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət daha 100 nəfər yanğının söndürülməsində iştirak edir.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov “Report”un yerli bürosuna bildirib ki, yanğın 10 hektar ərazini əhatə edir. Yanğın nəticəsində kol-kos, qurumuş ot və yıxılmış ağaclar yanır.

Hazırda yanğın davam edir.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …