Bazar , 19 May 2024
Drone Cameras

Ziyad Səmədzadə: “Azərbaycan Qarabağın bərpası üçün heç kimdən borc almır”

Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün heç kimdən borc almır.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Bakıda keçirilən “İşğaldan Azad Edilmiş Ərazilərin Ölkə İqtisadiyyatına Reinteqrasiyası: Hədəflər və İstiqamətlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda bildirib.

O, ötən iki ildə Qarabağa 6,5 milyard manatdan çox vəsait xərcləndiyini və bu istiqamərdə maliyyələşdirmənin davam etdiyi söyləyib: “Bu il əlavə olaraq 2 milyard manatdan çox vəsait ayrılacaq. Qarabağda qısa zamanda aparılan işlər göz önündədir və Azərbaycan iqtisadiyyatının nə qədər güclü olduğunu bir daha göstərir”./Report

Gülçin Cəmil

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …