Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

NK-nın şöbə müdiri: “Qarabağda yeni su elektrik stansiyaları inşa ediləcək”

“Qarabağda yeni su elektrik stansiyaları (SES) inşa ediləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə “İşğaldan Azad Edilmiş Ərazilərin Ölkə İqtisadiyyatına Reinteqrasiyası: Hədəflər və İstiqamətlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda deyib.

O, hazırda Qarabağda 30-a yaxın su elektrik stansiyasının bərpa edildiyini xatırladıb. Şöbə müdiri bildirib ki, Qarabağ hidroenerji potensialına malik regiondur.

“İlin sonuna qədər digər su elektrik stansiyalarının bərpası ilə bağlı işlər tamamlanacaq və yeni stansiyalar tikiləcək”, – o əlavə edib.

Gülçin Cəmil

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …