Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Əfqanıstanda silahlılarının hücumu nəticəsində 10-dan çox polis ölüb

Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində silahlıların hücumu nəticəsində komandir də daxil olmaqla, azı 12 polis ölüb.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “ToloNews” telekanalı məlumat yayıb.

Telekanalın Əfqanıstan təhlükəsizlik qüvvələrindəki mənbələrinin verdiyi məlumata görə, çərşənbə axşamına keçən gecə baş verən hücumda azı 10 nəfər də yaralanıb.

Ehtimal olunur ki, radikal “Taliban” qruplaşmasının silahlıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının postuna hücum ediblər.

Check Also

Fidan Türkiyə səmasında zərərsizləşdirilən raketlə bağlı İrana rəsmi Ankaranın reaksiyasını çatdırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı olub. Boyukmillet.com …